Mars planetində buzlu krater kəşf edilib.

“Ölkə.Az” xəbər verir ki, planetin Cənub qütbünün buzlu hissəsində böyük dəlik açılıb. Ehtimal edilir ki, bu hissəyə hansısa obyekt böyük sürətlə çırpılıb. Alimlərin sözünə əsasən, obyekt 2018-ci ilin iyul-sentyabr ayları arasında düşüb.

“Obyekt düşəndə böyük partlayış olub və güclü enerji çölə çıxıb”, – deyə Ross Beyer deyib.

“HiRİSE” kamerası ilə Cənub qütbündən əldə edilən fotolarda obyektin düşdüyü yer və izləri yaxşı görünür. Fotodakı ağ zolaqları izah etmək çətinlik törədib. Ehtimal edilir ki, bu izlər zərbə dalğasının təsiri nəticəsində yaranıb.

2013-cü ilin məlumatlarına əsasən, hər il Marsın səthinə 200 asteroid düşür. Bir çoxunun diametri 1-2 metrdir və özlərindən sonra 4 metr diametri olan kraterlər yaradırlar.