Təhsil eksperti Kamran Əsədov 2019-cu il üçün ali məktəblərin ixtisas qruplarına daxil olan ixtisasların sayı haqda məlumat yayıb.

Modern.az-ın məlumatına görə, təhsil eksperti bildirib ki, 2019-cu ildə ali məktəblərə I qrup üzrə 84 , II qrupa 22, III qrupda isə 27 ixtisas üzrə qəbul aparılacaq.

“Həmçinin IV qrup üzrə 18, V qrupda isə 23 ixtisasa qəbul aparılacaq”.

“I ixtisas qrupunda informasiya texnologiyaları və sistem mühəndisliyi ixtisası üzrə qəbul aparılmayacaq. Çünki bu ixtisas ləğv edilib, III ixtisas qrupu üzrə isə İslamşünaslıq ixtisası əlavə olunub”-deyə, K.Əsədov bildirib.