Fərhad Çağtürk / AzEuroNews.com   Norveçin paytaxtı Osloda ən populiyar kişi adları sırasında Məhəmməd birinci yer tutub. AzEuroNews.com xəbər verir ki, bu barədə Norveç Statistika Ofisi (SSB) məlumat yayıb. Məlumatda deyilir ki, 2018-ci ildə ölkədə doğulan uşaqlara ən çox Məhəmməd adı verilib.

SSB-nin məlumatında vurğulanır ki, Məhəmməd adı 10 ildir ki, birinciliyini qoruyur. Siyahıda onu Lukas, Filip və Oliver adları izləyir.

Qeyd edək ki, paytaxt Oslo əhalisinin 7-8 %-ni Pakistan, Somali, İraq və Mərakeşdən gələnlər təşkil edir.