3 ay əvvəl gecə klubunda müğənni Berkay Şahinin xanımına sataşan və sənət adamının burnunu qıran “Başakşəhər”in futbolçusu Arda Turan qalmaqala səbəb olmuşdu. Məsələ məhkəməyə qədər uzanıb və bu gün tərəflər hakim qarşısına çıxacaq.

“Qafqazinfo” “NTV Spor”a istinadən xəbər verir ki, Arda Turan cinsi zorakılıq, qəsdən yaralama, silahdan atəş açma, qeyri-qanuni silah gəzdirmə maddələri ilə ittiham olunur.

Ardanın 12,5, Berkayın isə 2 il həbsi tələb edilir.