Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyada orduda irqçilik edən 18 əsgərin işinə son verilib. AzEuroNews.com xəbər verir ki, hazırda orduda irqçi hərəkətlərinə görə, 270 əsgər haqqında cinayət işi açlıb, araşdırma aparılıb.

Artıq onlardan 18-nin işi ilə bağlı yekun qərar verilib və onlar ordudan kənarlaşdırılıblar.

Məlumatda deyilir ki, onlar əsasən yəhudi kökənli Almaniya vətəndaşlarına qarşı irqçi hərəkətlər ediblər.

Məlumat üçün qeyd edək ki, Almaniya ordusu şəxsi heyət sarıdan əziyyət çəkir. 2020-ci ilə kimi orduya 80 min könüllü əsgər seçilməlidir.

Almaniyada 2011-ci ildən məcburi hərbi xidmət etmək ləğv edilib.

Hazırda 25 min könüllü əsgərə ehtiyac duyulan Almaniya odusunda kompüter mühəndisləri, həkim və xilasetmə xidmətində çalışa biləcək gənclər axtarılır.