“Barselona” hücumçusu Lionel Messi yaxın vaxtlarda Argentina millisinə qayıdacaq.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, forvard bununla əlaqədar komandanın baş məşqçisi Lionel Skaloni ilə danışıqlar belə aparıb. Messi Venesuela ilə yoldaşlıq matçında da iştirak edəcək. Oyun martın 22-də Madriddə keçiriləcək.

Xatırladaq ki, Messi 2018-ci il dünya çempionatından sonra yığmanın oyunlarına fasilə vermişdi.