Aparıcı və prodüser Acun İlıcalıdan boşanan Şeyma Subaşı nəhayət ki, eşqini etiraf edib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, adı italiyalı dicey Quidio Senia ilə hallanan Şeyma İnstaqramın hekayə bölməsində paylaşım edərək “Azadam, çünki mənə necə sevəcəyimi öyrətdin” qeydini yazıb.

Xatırladaq ki, Acunla Şeyma ötən ilin noyabrında ayrılıb. Cütlüyün Melisa adlı qızı var.