ABŞ prezidentinin korteji qəzaya səbəb olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Donald Trampın kortejinin səbəb olduğu qəza nəticəsində 1 piyada və 1 gizli xidmət agenti yaralanıb.

Məlumata görə, Trampın korteji Ağ Evi tərk edərkən bir etirazçı avtomobillərin önünə keçməyə cəhd göstərib. Bu zaman  onun qarşısını almaq istəyən gizli xidmət agenti də qəzaya düşüb.

Donald Trampın qəza nəticəsində hər hansı bir xəsarət almadığı bildirilib.