Kənan Hacıəkbəroğlu / AzEuroNews.com / İsveç   İsveç benzin və dizel yanacaq növünü qadağan etməyə hazırlaşır. AzEuroNews.com xəbər verir ki, bu barədə İsveçin baş naziri Stefan Löfve açıqlama verib.

O  bildirib ki, dizel və benzin avtomobillərinin satışı da 2030-cu ildən sonra qadağan oluna bilər.

Baş nazir bildirib ki, hazırda Danimarka, Hindistan, Hollandiya, İrlandiya və İsrail də bezin və dizel avtomobillərinə qadağa qoymağa hazırlaşır.

2030-cu ilə qədər isə, Kosta Riqa, Norveç, Cənubi Koreya kimi ölkələr benzin və dizelli avtomobillərin satışını qadağa etməyi düşünür.

İngiltərə və Fransa 2040-cı ildən, Almaniya isə 2050-ci ildən tez benzin və dizellə bağlı qadağa tətbiq etmək istəməyən ölkələr sırasındadırlar.