Fərhad Çağtürk / AzEuroNews.com   Danimarka Avropa Birliyi (AB) ölkələrindən olmayan qaçqınları qəbul etməyəcək. AzEuroNews.com xəbər verir ki, bu barədə Danimarka Sosial Demokratlar Partiyası təkliflə çıxış edib. Qərar partiya başqanı Mette Frederiksenin iradəsinə bağlıdır. Onun bu təklifə müsbət yanaşması Danimarkanın gələcəkdə AB ölkələrindən gəlməyən qaçqınların ölkəyə buraxılmaması ilə nəticələnəcək.

Ölkəyə qaçaq yollarla girmək istəyən qaçqınlarla bağlı da sərt tədbir görüləcək. Belə ki, onlar 48 saatdan tez bir müddətdə Şimali Afrika ölkələrində olan Danimarkanın maliyyə ayırdığı qaçqın düşərgələrinə göndəriləcəklər.