Fərhad Çağtürk / AzEuroNews.com  Dubayda uşaq oyuncaqlarının satışı ilə məşğul olan şirkət Almaniyada partnyor tapa bilmir. AzEuroNews.com xəbər verir ki, “Zileej” adlı şirkət əsasən hicablı uşaq oyuncaqları istehsal edir. “Salam bacılar” qrupuna daxil olan Karina, Leyla, Yasmin, Məryəm və Nura adı verilən uşaq oyuncaqları hicablıdırlar.

Hazırda Fransada 55 avroya satılan bu oyuncaqları istehsal edən şirkət Almaniyada partnyor tapa bilmir. Şirkətdən verilən açıqlamaya görə, onlar bu yaxınlarda Almaniyanın Frankfurt şəhərində keçiriləcək uşaq oyuncaqları sərgisində də iştirak etməyi düşünürlər.

Şirkət bu yolla Almaniyada özlərinə partnyor tapa bilcəklərini güman edir.