Zamiq Şükürov / AzEuroNews.com ➤ Polşanın “TVN24” kanalının araşdırması bütün Avropanı silkələyib.

AzEuroNews.com xəbər verir ki, “Superwizjer” adlı araşdırma proqramının əməkdaşı Polşanın ət kəsim firmalarından birinəə düzələrək, orda baş verənləri gizli kamera vasitəsilə lentə alıb. Jurnalistin bildirdiyinə görə xəstə, ayaq üstə çətinliklə dayanan yaşlı heyvanlar kəsilərək onların əti ixrac üçün hazır vəziyyətə gətirilib.

“TVN24” kanalının gizli çəkilişlə ortaya çıxardığı materialda xəstə heyvanların baytar həkimin rəyi alınmadan kəsilib Avropa Birliyinin (AB) 10-dan çox ölkəsinə göndərildiyi bildirilir. Məlum olub ki, xəstə heyvan ətlərinin daha çox hissəsi Almaniya və Fransaya satılıb. Məlumatda İsveçə sadəcə 250 kg ət satıldığı bildirilir.

Olaya dərhal müdaxilə edən Polşa hökuməti həmin firmanın dərhal bağlanmasına, veterenar həkimlərin işdən azad olunmasına və  hüquq mühafizə orqanları tərəfindən araşdırma başladılmasına qərar verib.

AB xüsusi nümayəndənin Polşaya göndərilməsi barədə qərar verib.