Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤ Dünyada yanacaq qiymətlərini araşdıran “Global Petrol Prices” ən ucuz və ən bahalı benzin qiyməti olan ölkələrin siyahısını yayınlayıb. 

AzEuroNews.com xəbər verir ki, dünya üzrə benzinin ortalama qiymət 1,09 ABŞ dolları (1 litr üçün) təşkil edir. Siyahıdan göründüyü kimi zəngin və inkişaf etmiş ölkələrdə benzinin qiyməti baha olduğu halda, kasıb və ya neft istehsalçısı və ixracatçısı olan ölkələrdə benzinin qiyməti daha ucuzdur. Benzinin qiymətində olan fərq əsasən ona tətbiq olunan vergiyə əsasən yaranır.

Dünyada ən ucuz benzin Venesuelada satılır. Bu ölkədə benzinin 1 litri üçün qiymət 0,01 ABŞ dolları ( və ya 17 qəpik) təşkil edir. İlk beşlikdə olan digər ölkələr Sudan (0,13 dollar), İran (0,29 dollar), Küveyt (0,34 dollar), Əlcəzayirdir (0,35 dollar). Dünyada ən ucuz benzin olan 30 ölkə arasında Azərbaycan 10-cu pillədə qərarlaşıb. Qeyd edək ki, Azərbaycanda 1 litr benzinin qiyməti 0,47 dollar olaraq göstərilib.

SİYAHI

Ən bahalı benzin ölkəsi isə Zimbabvedir. Bu Afrika ölkəsində 1 litr benzinin qiyməti 3,31 dollar təşkil edir. Ən bahalı ölkələr siyahısında Hong Kong 2-ci (2,06 dollar), Monako (1,98 dollar) isə 3-cü pillədə qərarlaşıb.