Foto © Weingarten/Deutschland / pixabay.com
Foto © Weingarten/Deutschland / pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com   Belçika Krallığı sığınacaq üçün müraciət edən azərbaycanlıları deportasiya edib. Bu barədə “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a məlumat daxil olub. Məlumatda deyilir ki, soydaşlarımız Nəsibov Sənan Cəfər oğlu, Salahov Səlahəddin Sabir oğlu və İsayeva Nazilə İsa qızı deportasiya olunublar.

Məlumatda onlardan birinin Azərbaycan, birinin Özbəkistan, digərinin isə Ukrayna vətəndaşı olması bildirilir.

Onların deportasiya olunmasına səbəb yaşamaq izni ilə bağlı müraciətlərində yerli qanunvericiliyin tələblərinə ciddi əməl etməmələridir. Belə ki, müraciət edən azərbaycanlılar miqrasiya nümayəndələrinə anket məlumatlarını yanlış verməklə, məmurlarla əməkdaşlıq etməkdən imtina ediblər.