Fərhad Çağtürk / AzEuroNews.com  Almaniyanın Hamburq şəhər İdarə Məhkəməsində olduqca maraqlı bir proses keçirilir. AzEuroNews.com xəbər verir ki,  2009-cu ildə 54 yaşlı diş həkimi 58 yaşlı xəstənin 19 sağlam dişini çəkib.

Məhkəməyə müraciət edən xəstə ağrıyan dişi əvəzinə sağlam dişlərinin çəkdildiyini bildirib.

Xəstə nəticədə 18 min manata implant qoydurmaq məcburiyyətində qalıb.

Məhkəmə araşdırması zamanı həkimin daha  3 xəstənin dişini səhv çəkdiyi məlum olub.

Digər zərərçəkmişlərin də məhkəməyə müraciət etməsi gözlənilir.