Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyada 30 yaşlı Ufuq səyahət etdiyinə görə cəimələnib. AzEuroNews.com xəbər verir ki, Hannover İdarə Məhkəməsinə çıxarılan türk kökənli Ufuqun bir ildə Tailand, Türkiyə, Xorvatiya, Macarıstan, Səudiyyə Ərəbistanı kimi ölkələrə səyahət  etdiyi məlum olub.

Ufuq haqqında anonim şikayət məktubu şəhərin İş İdarəsinə ( Job Center) göndərilib.

Sözgüdən idarə ev kirayəsi də daxil olmaqla Ufuqa hər ay  1100 avro ödəyirmiş. Göndərilən məktubda ayırca iddia edilib ki, onun 3 avtomobili var, bir qadınla da birgə yaşayır.

Hannover İdarə Məhkəməsi  Ufuqu 3 min avro məbləğində cərimə edib.