ABŞ prezidenti Donald Tramp Venesuelaya qoşun göndərilməsi ehtimalını istisna etmir.

Oxu.Az xəbər verir ki, bunu o, CBS telekanalına müsahibəsində deyib.

“Bu barədə danışmaq istəmirəm. Lakin əlbəttə bu, mümkündür. Yaranmış durumda silahlı qüvvələrdən istifadə variantlardan biridir”, – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti həmçinin Nikolas Maduronun bir neçə ay bundan öncə ona görüşmək üçün müraciət etdiyini bildirib. Tramp bu müraciətə rədd cavabı verdiyini deyib.