“Victoria Secret”in tanınmış mələklərindən olan Adriana Lima və türkiyəli yazıçı Metin Haranın sevgisi çoxlu müzakirələrə səbəb olmuşdu.

“Ölkə.Az” xəbər verir ki, Metin Haranın reklam axtardığı, sevgi münasibətinin layihə ola biləcəyi günlərlə əsas mövzu olmuş, Adriana Lima isə bu iddialara cavab verərək “Bizi rahat buraxın, ona aşiqəm” demişdi.

Lakin məşhur cütlüyün münasibətləri bilinməyən səbəblərdən pozuldu. Ötən ilin dekabr ayında Adriana Metini sosial media hesablarında izləmədən çıxararaq bunları yazmışdı: “Qadınlar, siz pis yetişdirilmiş kişilər üçün reabilitasiya mərkəzi deyilsiniz. Onu düzəltmək, dəyişdirmək, yetişdirmək və ya böyütmək sizin vəzifəniz deyil. Siz bir yol dostu axtarırsınız, layihə yox!”

Yanvarın 10-da ABŞ-a gedən Metin danışmağa razı saldığı Adriana ilə əl-ələ çəkilmiş fotolarını yayımlayaraq “ayrılmadıq” demişdi.

O gündən bəri səssizliyini qoruyan Adriana Limanın sosial şəbəkələrdə Metin Haranı hələ də izləməməsi və birlikdə paylaşım etməməsi barışığın olmadığını isbat etdi.

ABŞ-ın “The People” jurnalı da “xəbərimizi təsdiqlətdirdik” deyərək ayrılığın doğru olduğunu bildirdi. Jurnalın iddiasına görə, Adriana yaxın ətrafına Metin Haranın ondan istifadə etdiyini deməyə başlayıb.