Almaniyada polis qadınların çəkdiyi video qalmaqala səbəb olub.

“Ölkə.Az” xəbər verir ki, sözügedən video Saksoniyadakı polis akademiyasında çəkilib. Qadın polislər pop musiqisinin sədaları altında rəqs edir, bəziləri də seksual hərəkətlər edir. Ortaya çıxan video çarx Almaniyada yeni bir mübahisəyə səbəb olub. Artıq məsələ ilə bağlı cinayət işi qaldırılıb.

Akademiyadakı tələbə qızların çəkdiyi video 2 dəqiqəlikdir və video çarx binanın qarşısında siqaret çəkən bir qadın polislə başlayır. Gənc qadın “Salam, buna hazırsınızmı” deyir və sonra kamera binanın içinə girir və polislərin soyunma otağını lentə alır.

Qısa müddət ərzində video çarx bir çox insan tərəfindən izlənilib. Saksoniya vilayəti polis idarəsinin rəisi Horst Kretşmar deyib:

“Bu videodakı bütün qadınlarla rabitə yaradacağıq. Sosial şəbəkə dövründə polislərin daha sakit və tədbirli olması lazımdır. Faktla bağlı cinayət işi qaldırılıb”.

Kadın polislerin seksi videosu ülkeyi karıştırdı

Polislerin çektiği video sosyal medyada tartışma yarattı.