“TV8” kanalının sahibi, türkiyəli aparıcı Acun Ilıcalıdan boşanan Şeyma Subaşı gündəmdən düşmür.

Axşam.az xəbər verir ki, o, bu dəfə İnstaqram paylaşımı ilə diqqətləri üzərinə çəkib.

Avtomobildən çəkilən görüntüsünü paylaşan Şeyma fotosuna “Sən deyirsən ki, itib, amma mən onu tapdım” şərhini yazıb.

Onun bu şərhi isə müzakirələrə səbəb olub. İzləyicilər Şeymanın yeni sevgilisinə eyham vurduğunu yazıb.