Səudiyyə Ərəbistanının səhm bazarına xalis xarici kapital axını 2019-cu ilin yanvar ayında rekord səviyyəyə çatıb.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, xarici investorların Səudiyyə Ərəbistanının səhmlərinə sərmayələri 1,17 milyard dollar təşkil edib. Bu rəqəm isə müşahidələrin aparıldığı 2015-ci ildən etibarən maksimum göstəricidir.

“MSCI Inc” və “FTSE Russell” indekslərinin provayderləri qarşıdakı aylarda Səudiyyə Ərəbistanı şirkətlərinin səhmlərini “emerging markets” aparıcı beynəlxalq indekslərə daxil edəcək.