Fərhad Çağtürk / AzEuroNews.com / Köln   İsveçdə irqçi bir qrup “Ərazindəki məscidi yandır” adlı olduqca təhlükəli bir kampaniya başladıb. AzEuroNews.com xəbər verir ki, ölkədəki məscid və müsəlmanları hədəf alan kampaniya ilə bağlı irqçi qrup üzvləri “Ərazindəki məscidi yandır” adlı köynəklər geyiniblər. Qrup eyni zamanda bu köynəkləri internet vasitəsi ilə 16 avroya sataraq kampaniyaya daha çox insanın qoşulmasına nail olub.

İsveç Sosial Demokratlar Partiyasının katibi Lena  Radström Basstad açıqlamasında ölkədə kin və nifrətin alovlandırılaraq məscidlərə yönəlik bu kampaniyanı pisləyərək hüquq mühafizə orqanlarından təcili tədbir görməsini tələb edib.

Məlumat eçen qeyd edək ki, son illər İsveçdəki məscidlərə qarşı hücumların sayında artış qeydə alınıb. Uppsala Universitetinin hesabatına görə 2018-ci ildə 38 məscidə hücum edilib.