Fərhad Çağtürk / AzEuroNews.com  Hollandiyada bir ifrat sağcı Azadlıq Partiyasından millət vəkili olan Yehoram van Klaveren İslam əleyhinə kitap yazarkən Müsəlmanlığı seçib.

AzEuroNews.com xəbər verir ki, keçmiş siyasətçi 39 yaşındaki Yehoram van Klaveren ötən oktyabr ayında şəhadət gətirərək Müsəlman olub.
Köhnə siyasətçinin müsəlmanlığa qarşı kitabı yazdığı müddətdə etdiyi araşdırmalar zamanı İslamla əlaqəli baxışı dəyişib.
İslam dini seçen Klaveren müsəlman olduqdan sonra qeyri-müsəlmanların İslam əleyhinə düşüncələrini zərərsizləşdirən bir kitap dərc edib.
2010-2017-ci illərdə Hollandiya Parlamentində milət vəkili olan van Klaveren 2014-də məxsus olduğu partiyanın lideri Geert Wildersin Mərakeş kökənlilər üçün aşağılayıcı irqçi sözlərindən sonra partiyadan ayrılaraq müstəqil millət vəkili olmuşdu. Wildersin irqçi ifadələrinə görə məhkəmə prosesi davam edir.
Qeyd edək ki, daha bir ifrat sağcı Birlik Partiyasının lideri Arnoud Van Doorn da 6 il əvvəl partiyadan ayrılaraq müsəlman olub.