Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) 216 873 sığınacaq axtaranla bağlı qərar verib. AzEuroNews.com xəbər verir ki, BAMF ötən ilin dekabrına qədər olan məlumatda qeyd edib ki, gözləmədə olan müraciətlərin sayında azalma qeydə alınıb. Belə ki,  hazırda BAMF-a daxil olan müraciətlərdən 58 325 iş gözləmə statusundadır. Onlara yaxın aylarda baxılaraq qərar verilməsi gözlənilir.

Ötən ilin dekabr ayında Almaniyadan 10561 nəfər sığınacaq istəyib.

Onlardan cəmi 3154 nəfərə qaçqın statusu verilib. Humanitar əsaslarla qaçqın statusu alanların sayı isə, 1502 nəfər olub. 463 nəfərin deportasiyasının isə bir qədər yubdılması ilə bağlı qərar verilib.

Ötən ilin dekabrında 4029 nəfərin sığınacaq üçün müraciəti rədd edilib.

Ötən ilin son üç ayında Almaniyadan sığınacaq istəyənlərin sayı və vətəndaşı olduğu ölkələrin sıralaması isə aşağıdakı kimidir:

 

Oktyabr 2018Noyabr 2018Dekabr 2018
Ümumi14.82414.13010.561
1.Suriya3.3333.1142.383
2.İraq1.3161.4091.001
3.İran1.4881.395802
4.Əfqanıstan993928677
5.Türkiyə1.206922570
6.Nigeriya794709554
7.Rusiya395377325
8.naməlum352390309
9.Gürcüstan298286303
10.Moldova98207255