İki gün əvvəl Bərdə rayonunda körpə uşaqlarını küçəyə atan ana polis tərəfindən dindirilib.

“AzEuroNews” “Yeni Sabah”a istinadən xəbər verir ki, Yeganə Osmanova verdiyi ifadədə uşaqları atmadığını, iş axtardığı üçün evə gələ bilmədiyini deyib.

Baş vermiş hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsində açılmış cinayət işi üzrə araşdırmalar davam edir.

Onu da qeyd edək ki, yayılan məlumatlarda uşaqların anadan alınacağı və uşaq evinə veriləcəyi bildirilir.