“Eurovision 2019” yarışması üçün Azərbaycanı təmsil edəcək finalçının adı bəlli olub.
AzEuroNews.com axşam.az-a istinadən xəbər verir ki, bu barədə müsabiqənin rəsmi fan səhifəsi “Infe Azerbaijan” məlumat verib.
Bildirilir ki, ölkəmizi bu il İsraildə müğənni Çingiz Mustafayev təmsil edəcək.
Qeyd edək ki, 2019-cu ilin may ayında İsrailin paytaxtı Təl-Əvivdəki “Ekspo” Mərkəzində keçiriləcək müsabiqədə 42 ölkə iştirak edəcək. Yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq. Ölkə təmsilçimiz 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.
“Eurovision-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream” (“Arzulamağa cürət et”) olacaq.
Xatırladaq ki, İsrail təmsilçisi Netta Barzilay “Toy” (“Oyuncaq”) mahnısı ilə ötən il keçirilən mahnı müsabiqəsinin qalibi olub.