Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi respublikamızda baş verən zəlzələ ilə bağlı məlumat yayıb. Mərkəzdən Modern.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və təlafatın olub-olmaması ilə bağlı məlumat verilmir.