Fransanın paytaxtı Parisdə həmkarlar ittifaqlarının və “sarı jiletlər”in etiraz aksiyalarında 18 min insan iştirak edib.

Trend-in məlumatına görə, bu barədə “20minutes” nəşri polis prefekturasına istinadən xəbər verir.

“CGT” həmkarlar ittifaqı tərəfindən Parisdə və Fransanın digər şəhərlərində təşkil edilən etiraz aksiyalarına ilk dəfə “sarı jiletlər” hərəkatı da qoşulub.

Həmkarlar ittifaqının məlumatına əsasən, Parisdə küçələrə azı 30 min etirazçı çıxıb.

Etiraz aksiyalarının iştirakçıları minimal əmək haqlarının 20 faiz artırılması, qadınlar və kişilər üçün bərabər əmək haqqı, vergi islahatlarının keçirilməsi, dövlət xidmətlərinin inkişafı və ədalətli ekoloji islahatlar barədə tələblər irəli sürüblər.