Siqareti tərgitməyi qərara almısınızsa, qarşınızda heç bir maneə yoxdur. Yalnız qərar verin və hərəkətə keçin. İlk olaraq, istədiyiniz tarixdən 2 ya da 3 həftə əvvəl tərkibində nisbətən aşağı miqdarlı nikotin olan bir markaya keçin.

Bu mövzu üzrə mütəxəssislər daim siqareti tərgitmələri üçün siqaret istifadəçilərinə asan ola biləcək üsullar axtarışındadırlar. Bu üsullardan biri də zərərsiz olan təbii üsullar, yediyimiz qidalardır.

Banan: Siqareti tərgitməyə və siqaretin təsirini aradan qaldırmağa kömək edir.

Pomidor suyu: Pomidor suyu və siqaret beyində eyni sahəni stimullaşdırdığı üçün ilk 1 ay ərzində 1 çay qaşığı pomidor suyu içərək özünüzü rahatlaya bilərsiniz.

Yulaf püresi: Bir araşdırmaya görə, 20 gün boyunca 2 qaşıq yulaf püresi istehlakı nikotin asılılığını azaldır.

Süd: Bir stəkan süd içərək özünüzü siqaretdən uzaqlaşdırmaq sizin öz əlinizdədir. Çünki süd içdikdən sonra, siqaretin dadı pisləşir və istədiyiniz dadı vermədiyi üçün çəkmirsiniz.

Badımcan: Əgər siqaret çəkmək istəyirsinizsə və nikotinə ehtiyacınız varsa, badımcan yeyərək orqanizminizin ehtiyacı olan miqdarda və zərərsiz nikotinlə özünüzü rahatlaya bilərsiniz.

Siqareti tərgidən insanların ən çox çətinlik çəkdikləri tərəf onların orqanizmlərinin qəbul etdiyi nikotindən çox əl vərdişləridir. Siqaret istifadəçiləri siqareti tərgitdikdən sonra bu fiziki vərdişi zərərli qida məhsulları ilə doldurmağa çalışırlar. Siqaretin tərgidilməsindən sonra yaranan artıq çəkinin səbəbi sırf bu zərərli qidalardır. Şəkər, şokolad, cips, günəbaxan tumları kimi yüksək kalorili yüngül yeməklər yerinə yemək ehtiyacını azaltmaq və boşluğu doldurmaq üçün saqqız, xiyar, təzə və qurudulmuş meyvə, aşağı kalorili qəlyanaltılara üstünlük verilməlidir. Xüsusilə kivi və yerkökü suyu içərək orqanizminizdəki nikotini ata bilərsiniz.

Siqaret çəkmək istədiyiniz vaxt yarısını çəkmək üçün qərara aldığınız vaxtı və səbəbini özünüzə xatırladın.

Yeni vərdişlər, hobbilərlə məşğul olun və sevdiyiniz şeylərə başlayın. Məsələn, krosvord, zərgərlik dizaynı, toxuculuq, şahmat və s.

İdman, piyada gəzinti, pilates, yoqa və ya şəxsi inkişafınız üçün faydalı olan fəaliyyətlərlə məşğul olun.

Çay, qəhvə və spirtli içkilərin əvəzinə bitki çayını, süd və meyvə şirələrini seçin.

Siqaretçəkmə müddətinizi unutduracaq və daha sakit hiss etməyinizə kömək edəcək çobanyastığı çayı için.

Tərkibində çox güclü antioksidant maddələr olan zəncəfil çayını içmək orqanizminizdəki toksini yox edəcək və siqareti tərgitməyinizə yardımçı olacaq.

Siqaretin dayandırılması prosesində bol su içmək həm siqaret çəkmə ehtiyacını, həm də toksin miqdarını azaldır.

Evinizi, avtomobilinizi və paltarınızı təmizləyərək ətraf mühitin siqaret tüstüsünü xatırlatmasının qarşısını alın.

Ağız və diş sağlamlığınızı bərpa etmək üçün müalicə olunun.

Siqareti buraxma prosesində yaxın bildiyiniz hər kəsdən dəstək istəyin. Məqsədinizə kömək etmək üçün planlar və proqramlar hazırlayın.

Siqaretin zərərlərini dəfələrlə oxuyaraq özünüzə verdiyiniz zərərlərdən xəbərdar olun.