Yaxın zaman ərzində Şamaxıda qazın verilməsi bərpa olunacaq. Bu barədə “Qafqazinfo”ya məlumatı Azəriqaz İB-nin Ağsu regional qaz istismar idarəsinin rəisi Namiq Məmmədov verib. O bildirib ki, hazırda qəza baş vermiş ərazilərdə təmir-bərpa işləri aparılır:

“Təbiət hadisəsinin baş verməsi barədə xəbər aldıqdan sonra baxış qurupları, təmir-bərpa xidmətləri bütün nöqtələrdə ehtimal olunan qəza hadisələrinin təsvir edilməsi üçün baxışlara başlayıb. İlkin olaraq 5 nöqtədə qəza halının baş verdiyi müəyyənləşdirilib. Eyni zamanda abonentlərin təhlükəsizliyinin təmin olunması baxımından gecə saatlarından qazın verilişi dayandırılıb. Səhər saatlarında həmin 5 nöqtədə bərpa işinə başlanılıb. Artıq 4 nöqtədə təmir işləri yekunlaşdırılıb. Ən qısa zamanda rayona qazın verilməsi bərpa olunacaq”.