Rusiyanın Primorsk diyarında daşqın nəticəsində  3 600-dan çox evi su basıb.

RİA Novosti agentliyi xəbər verir ki, son sutka ərzində daha 400 yaşayış evi su altında qalıb.

Primorsk diyarında ümumilikdə 221 kilometr avtomobil  yolu sıradan çıxıb. Zərərçəkmiş  ərazilərdən 800-dən çox sakin təxliyə edilib. Təbii fəlakətdən əziyyət çəkənlərə humanitar yardım edilib.

Qeyd edək ki, “Layonrok” qasırğası nəticəsində Primorsk diyarına üç aylıq norma səviyyəsində yağıntı düşüb.  Təbii fəlakətlə əlaqədar Primorsk diyarında  federal səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq edilib.