Fərhad Çağtürk / AzEuroNews.com Almaniyada 1978-ci ildə qurulan məşhur hava yolu şirkəti “Germania” özünü müflis elan edib. AzEuroNews.com xəbər verir ki, şirkətin müflis elan edilməsi ilə bağlı ötən gün 6 reys təxirə salınıb. Hava yolu şirkəti keçən il 269 min sərnişin daşıyıb.

Şirkətdən verilən açıqlamaya görə, böyük maliyyə problemləri ilə üzləşdiklərindən bu addımı atmaq məcburiyyətində qalıblar.

“Germania”nın özünü müflis elan etməsi problemsiz ötüşməyib. Təyyarə reyslərinin təxirə salınması yüzlərlə sərnişinin saatlarla hava limanlarında gözləməsinə səbəb olub. Ən böyük problemi isə, bu il yay tətili üçün indidən bilet alan müştərilər yaşayıblar. Verilən məlumata görə, 70 min müştəri yay tətillərini Mərakeş, Türkiyə və Yunanıstandan keçirmək üçün indidən “Germania” şirkətindən təyyarə biletləri alıblar. Şirkət keçən il yay tətilində 4 milyon sərnişin daşıyıb.