Foto © DVG Duisburger Verkehrsgesellschaft AG
Foto © DVG Duisburger Verkehrsgesellschaft AG

Fərhad Çağtürk / AzEuroNews.com   Almaniyada 24 yaşlı türk Muhammed onlarla insanın həyatını xilas edib. AzEuroNews.com xəbər verir ki, Duisburqdan Bruckhausenə gedən 905 nömrəli sərnişin avtobusunun sürücüsünün sükan arxasında ürəyi gedib. Bunu görən Muhammed tez müdaxilə edərək avtobusu təhlükəsiz bir şəkildə dayandırıb. Nəticədə onlarla sərnişinin həyatı xilas olub.

Muhammedin adresini müəyyən edən polis ona bu cəsarətinə görə təşəkkür edib. DVG avtobus şirkəti isə, türk gənci bu cəsarətinə görə, mükafatlandırıb. Muhammed bundan sonra ömür boyu bu şirkətə aid olan ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə edəcək.