NATO baş katibi Yens Stoltenberq “Funke” media qrupuna müsahibəsində deyib ki, Avropa İttifaqı müdafiə məsələlərində NATO ilə rəqabətə girməməli və birtərəfli addımlar atmamalıdır.

Modern.az saytının məlumatına görə, o bildirib ki, Avropanın təhlükəsizliyi transatlantik münasibətlərdən keçir.

“Avropa İttifaqı heç bir halda təkbaşına fəaliyyət göstərəcəyi barədə siqnal verməməlidir. Mən Avropa İttifaqına inanıram, lakin NATO-ya alternativ kimi yox” – deyə baş katib bildirib.

Bununla yanaşı, Stoltenberq hərbi sahədə bütün Avropa səylərini, o cümlədən müdafiə layihələrini maliyyələşdirəcək fond yaratmaq barədə planları alqışladığını vurğulayıb.

Lakin alyansın baş katibi hesab edir ki, bunun NATO-ya rəqabət üçün deyil, onun tamamlayıcı elementi olması vacibdir.