Məhkəmə 14 ay evli qalan, daha sonra boşanan aparıcı Acun Ilıcalı və Şeyma Subaşının qızları Melisanın qəyyumluğu barədə qərar verib.  “Qafqazinfo” xəbər verir ki, qərara əsasən, qızı Acunun himayəsinə verilib. 

Melisa anası Şeymanın istəyi ilə bundan sonra atası ilə yaşayacaq. Ş. Subaşı xaricə tez-tez səfər etdiyi üçün qəyyumluq mövzusunda məhkəməyə müraciət edib və istəyinə nail olub.