Kənan Hacıəkbəroğlu / AzEuroNews.com / İsveç   Son 4-5 ayda İsveçə mühacirət edərək bu ölkədən sığınacaq istəyən Türkiyə Cümhuriyyəti vətəndaşlarının əksəriyyətinin pasportu saxta çıxıb. AzEuroNews.com xəbər verir ki, bu barədə İsveç dövlət televiziyası olan “SVT”də yayımlanan bir proqrama qatılan miqrasiya nazirliyinin mühacirət şöbəsinin başqanı Maqnus Bengtsson məlumat verib.

Onun sözlərinə görə, son 4-5 ayda təxminən 400 Türkiyə vətəndaşının pasportu yoxlanıb. Məlum olub ki, onlardan 10 %-nin pasportu saxtadır. İsveç Miqrasiya Nazirliyi bununla bağlı polisə məlumat verərək araşdırılma aparılmasını tələb edib. Nazirlik güman edir ki, Türkiyə Cümhuriyyətinə aid saxta pasportlar ayrı-ayrı işbazlar tərəfindən İsveçdə hazırlanır.

İsveç Miqrasiya Nazirliyinin məlumatına görə, son üç ildə Türkiyədən gələrək sığınacaq istəyənlərin sayında artış qeydə alınıb. Belə ki, 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhddən sonra 738 nəfər, 2017-ci ildə 872, 2018-ci ildə isə 493 nəfər İsveçə gələrək bu ölkədən sığınacaq istəyib.