Avropa Kosmik Agentliyinin Yerdənkənar Obyektlərin Müşahidəsi Mərkəzinin mütəxəssisləri yeni açıqlama veriblər.

“Ölkə.Az” xəbər verir ki, alimlər Yerin “2018XB4” asteroidi ilə toqquşma ehtimalının yüksək olduğunu qeyd ediblər.

Mütəxəssislərin proqnozuna əsasən, diametri 70 metr olan asteroid 2092-ci ildə Yerlə toqquşa bilər. Bunun başvermə ehtimalı isə 7 mində birdir.

Sözügedən asteroid planetimiz üçün təhlükəliliyinə görə beşinci sayılır.

Qeyd edək ki, bir müddət əvvəl Peterburq Dövlət universitetinin də alimləri planetimizin 2068-ci ildə Apofis asteroidi ilə toqquşma ehtimalı barədə açıqlama vermişdilər. Apofis 2029-cu ilin 23 aprelində Yerdən 38 min km aralı keçəcək və bu məsafə təhlükəli sayılır.