Dünya Səhiyyə Təşkilatı Avropada son 10 il ərzində qızılcaya yoluxanların sayının rekord həddə çatdığını təsbit edib.

Modern.az  xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın məruzəsində deyilir: “2018-ci ildə Avropada qızılcadan böyüklü-kiçikli 72 nəfər ölüb. Ötən il ərzində ayrı-ayrı ölkələrin təqdim etdiyi (2019-cu ikin fevral ayında daxil olan) aylıq hesabatlara əsasən, regionun 53 ölkəsinin 47-də 82.596 nəfər qızılcaya yoluxub”.

Sənədə görə, 2018-ci ildə qızılcaya yoluxanlar 2017-ci ilə nisbətən 3 dəfə, 2016-cı ilə nisbətən isə 15 dəfə artıb: “Xəstəxanaya çatdırılanların sayını təqdim edən ölkələrdə qızılcaya yoluxanların 61 faizi müalicə ocaqlarına yerləşdirilib”.

Məruzəyə əsasən, Avropada ən ciddi vəziyyət Ukraynada qeydə alınıb və 53.218 nəfər qızılcaya yoluxub. Sonrakı yerdə Serbiya (5076 nəfər), Fransa (2913 nəfər), İtaliya (2517 nəfər) gəlir. (Report.az)