Rusiyanın “Yandeks” şirkəti serial istehsalına başlayır.

“Ölkə.Az”  xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti məlumat yayıb.

Xəbərə əsasən, “Yandeks. Studiya” artıq bu il azı 8 serialın çəkilişlərinə başlamaq niyyətindədir. İlk layihələrin 2020-ci ildə nümayiş ediləcəyi gözlənilir. Şirkət, həmçinin müxtəlif janrlarda filmlər və şou proqramlar da çəkəcək.

Qeyd edək ki, “Yandeks” şirkətinin Rusiya kinematoqrafiyasına həsr olunmuş “Kinopoisk” resursunun tərkibində onlayn kinoteatrı fəaliyyət göstərir. Şirkət öz istehsalına başlamaqla onlayn kinoteatrı inkişaf etdirməyə və pullu abunəçilərin sayını artırmağa ümid bəsləyir.