Fransada “sarı jiletlilər”in aksiyasında iştirak edənlərin sayı 51,4 min nəfərə çatıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, təkcə Parisdə mitinqçilərin sayı 4 min nəfərdir.

Onlar Eyfel qülləsi yaxınlığında hərbi patrul maşınını yandırıblar. İnsidentin nəticələri barədə məlumat yoxdur. Polis bir 21 nəfəri saxlayıb.