İngiltərə Premyer Liqasının 26-cı turunda “Mançester Siti” “Çelsi”ni darmadağın edib.

Oxu.Az xəbər verir ki, Mançesterdə baş tutan oyunun ilk yarısında meydan sahibləri dörd dəfə qonaqları məyus ediblər.

Hesabı qarşılaşmanın 4-cü dəqiqəsində Rahim Sterlinq açıb. Aquero isə altı dəqiqə ərzində (13,19) vurduğu qollarla dubla imza atıb.

Oyunun 25-ci dədiqəsində İlkay Gündoğan meydan sahiblərinin dördüncü qolunu vurub.

İkinci hissədə Aquero penaltidən (56 dəq.) komandasının beşinci, özünün isə üçüncü qoluna imza atıb. Oyunun sonuna yaxın isə Sterlinq (80 dəq.) “Çelsi”nin qapısına daha bir qol vurub.

Oyun meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.