Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤ Amerika Birləşmiş Ştatları (ABŞ) Moskvadakı Vətəndaşlıq və İmmiqrasiya Xidməti martın 29-da ofisini bağlayacaq. AzEuroNews.com xəbər verir ki, ofisin bağlanmasına səbəb iş həcminin azalmasıdır. Sonuncu müraciətlərin fevralın 28-də qəbul ediləcəzi bildirilir. Xidmətin gələcək funksiyasını isə Yunanıstanın paytaxtı Afinada şəhərindəki şöbə yerinə yetirəcək. Bu şöbə Azərbaycan, Ermənistan, Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan respublikaları üzrə cavabdeh olacaq.

ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidməti immiqrasiya və sığınacaq verilməsi ilə bağlı məsələlərin həllinə məsuliyyət daşıyır.