Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

Fərhad Çağtürk / AzEuroNews.com / Köln “Almaniya gələnlərin kimliyi ilk gündən bəlli olmalıdır”. CDU-dan olan siyasətçilər belə bir fikirlə çıxış ediblər. Onların fikrincə, pasport təqdim etməyən sığınacaq axtaran şəxslərin müraciəti dərhal rədd edilməlidir. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən  AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, siyasətçi Volqanq Bosbax bildirib ki, şəxsiyyətini təsdiq edən şəxslərin müraciətlərinə baxılmamalıdır: ”Biz ölkəyə kimlərin gəldiyini bilməliyik”.

Volqanq Bosbax
Volqanq Bosbax

Siyasətçi bu fikrini miqrasiya siyasəti ilə bağlı keçirilməsi planlaşdırılan CDU sammitdən əvvəl Avropa İttifaqında qanunsuz miqrasiyaya qarşı mübarizənin sərtləşdirilməsi təkilifi ilə çıxış edərkən bildirib.
XSD partiyasından olan siyasətçi Marian Wendt isə „Welt am Sonntag“ nəşrinə bildirib ki, Dublin sazişinin “təcilli təmirə” ehtiyacı var. Onun fikrincə, Avropa İttifaqına aid olan ölkələrin birində sığınacaqla bağlı müraciətinə baxılmış şəxsin işinə təkrar olaraq başqa bir ölkədə baxılması təcrübəsinə də son qoyulmalıdır.

V. Bosbaxa görə, şəxsiyyətini təsdiq edən sənədin verilməməsi rədd cavabı ücün əsaslardan biri olmalıdır.