Fərhad Çağtürk / AzEuroNews.com / Köln Hollandiyada yaşayan türk evinin qarşısında güllələnib. AzEuroNews.com xəbər verir ki, hadisə Oss şəhərində qeydə alınıb. Belə ki, Hakan Zatsan adlı türk səhər saatlarında evinin qarşısındakı dayancaqdan avtomobilinə yaxınlaşan zamanı naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.

Silah səsinə hadisə yerinə qaçan qonşuları dərhal polisə və təcili yardım məlumat veriblər.

Bədəninin müxtəlif yerindən 4 güllə yarası alan H.Zastanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Oss şəhər Polis İdarəsində araşdırmalar davam etdirilir.