Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniya sığınacaq müraciətlərinə daha sürətlə baxacaq. Ötən ilin üçüncü rübündən etibarən Almaniyada sığınacaqla bağlı müraciətlərə həmin ilin birinci rübü ilə müqayisədə orta hesabla üç ay daha tez baxılıb. Bu barədə AzEuroNews.coma Almaniyada fəaliyyət göstərən “Leqat”inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, əslində bu da qanunvericiliyin tələblərinə uyğun deyil.
Daxili İşlər Nazirliyinin Sol Partiyanın Parlament təmsilçilərinin sorğusuna verdiyi cavaba görə, 2018-ci ilin üçüncü rübündə Almaniyanın miqrasiya orqanları sığınacaqla bağlı müraciətlərə orta hesabla 6 ay müddətinə baxıb.
2017-ci ildə sığınacaq axtaran şəxslərin ərizələrinə isə orta hesabla 10 ay müddətində baxılıb.
Daxili İşlər Nazirliyinin hesabatında bildirilir ki, Pakistandan olan sığınacaq axtaran şəxslərin ərizələri üzrə qərar qəbul etmək üçün daha uzun müddət gözləmək məcburiyyətində qalıbar. 2018-ci ilin üçüncü rübündən pakistanlıların ərizələrinə baxılma müddəti təxminən 9 ay tələb edib.
Rusiya, Somali və Əfqanıstan vətəndaşlarının ərizələri üzrə də qərar qəbul etmək çox vaxt aparıb.  Suriyalıların müraciətləri yalnız 4 ayda nəzərdən keçirilib və barələrində qərar qəbul edilib. Hesabatda göstərildiyi kimi, 18 yaşına çatmayan qaçqın olmayan şəxslər üçün qərarların verilməsinə də xüsusilə uzun müddət vaxt tələb olunubş. Orta müddət 2018-ci ilin üçüncü rübündə 7 ay, 2017-ci ilin ilk 9 ayında isə 10 ay olub.
Məlumata görə, 4 mindən çox sığınacaq axtaran şəxs dinləmə prosesini keçsə də 18 aydan çox müddətdə qərar gözləməkdə davam edir.