SPD “yeni sosial dövlət” planı hazırlayır

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyanın Sosial Demokrat Partiyası (SPD) “HartzIV”adı ilə bilinən sosial yardımın yerinə “yeni sosial dövlət” planı hazırlayır. AzEuroNews.com xəbər verir ki, 17 səhifəlik yeni qanunda yardım alanların saatı 12 avroluq işlə təmin olunmaları göstərilib.

Partiya son illər dövlətdən “HartzIV”adı ilə bilinən sosial yardım alanların sayının artmasından narahat olduğunu ifadə edib.

SPD-li siyasətçilər hazırladıqları planla yardım alanları işləməyə təşviq edəcəklərinə inanırlar.

Məlumat üçün qeyd edək ki, hazırda Almaniyada bir saata görə ödənilən minimum əmək haqqı 9,19 avrodur.