Meksikanın Hərbi Hava Qüvvələrinə məxsus “Alfa WSP109” vertolyotu qəzaya uğrayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Mexiko ştatında baş verib.

Vertolyot Oahakidən Mexikoya uçurmuş. Hadisə zamanı vertolyotun göyərtəsində olan iki ekipaj üzvü həlak olub. Qəzaya uğramış vertolyot sonradan yanıb.

Polis və hərbçilər qəzanın baş verdiyi yerini əhatəyə alıb.