Simvol Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com
Simvol Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com  Almaniyada fəaliyyət göstərən iki böyük nəşriyyat bağlanıb.  AzEuroNews.com xəbər verir ki, nəşriyyatların bağlanmasına səbəb ki, onların Almaniyada fəaliyyəti və təbliğatı qanunla qadağan edilən PKK terror təşkilatına yaxınlıqlarının bilinməsi olub.

Məlumatda qeyd olunur ki, “Mezopotomiya” və “MIR Multimedia” nəşriyyatlarının gizlicə PKK-ya dəstək verdikləri üzə çıxıb. Səhər saatlarında Şimali Reyn-Vestfaliya və Saksoniya əyalətlərində nəşriyyatlara aid binalara basqın edən polis çox sayda materiala əl qoyub.

Almaniyanın daxili işlər naziri Horst Zehoofer açıqlmasında bildirib ki, PKK-nın bir terror təşkilatı kimi ölkədə fəaliyyəti və təbliğatı qadağan edilib. Bu səbəbdən PKK-ya dəstək verən hər bir şəxs kimliyindən aslı olmayaraq qanun qarşısında cavab verəcək .