Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Almaniyada iş bazarı üçün 2060-ci ilə qədər hər il azı 260 min əcnəbi işçiyə ehtiyac olacağı açıqlanıb. AzEuroNews.com xəbər verir ki, Bertelsman Vəqfinin Cobunq Universiteti ilə İş Bazarı və Peşə Araşdırmaları İnsitutu “Köç və rəqəmsallaşma” adlı bir araşdırma aparıblar. Araşdırmada deyilir ki, Almaniya işçiyə olan ehtiyacını tam ödəmək üçün gələcək 40 ildə 260 min əcnəbi işçiyə ehtiyac duyacaq.

Bertelsman Vəqfinin Cobunq Universiteti ilə İş Bazarı və Peşə Araşdırmaları İnsitutu araşdırmada qeyd edib ki, Almaniya 260 min işçinin 114 minini Avropa Birliyinə üzv dövlətlərin vətəndaşları hesabına, 146 minini isə, birlik üzvü olmayan dövlətlərin vətəndaşlarının hesabına təmin edə bilər.