Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

“Report”un məlumatına görə, ilk 2 oyun İtaliya və İngiltərədə təşkil olunub.

“Roma” Portuqaliya “Portu”su ilə görüşdə qələbə qazanıb. “Mançester Yunayted” isə Fransa PSJ-sinə uduzub.

Hər iki qarşılaşmada qollar fasilədən sonra 10 dəqiqə ərzində vurulub. Nikolo Zanyolo 70 və 76-cı dəqiqələrdə “dubl” edərək, “Roma”nın üstünlüyünü təmin edib. “Portu”dan isə təsəlli qolunu 79-cu dəqiqədə Adrian vurub.

PSJ isə 53-cü dəqiqədə Presnel Kimpembe və 60-cı dəqiqədə Kilian Mbappenin qolları ilə yekun nəticəni təmin edib. Üstəlik, 89-cu dəqiqədə Pol Poqba qırmızı vərəqə alaraq, “Mançester Yunayted”i 6 martda keçiriləcək cavab görüşündə çətin durumda qoyub.

Qeyd edək ki, 1/8 final mərhələsinin daha 2 ilk oyunu bu gün keçiriləcək. Növbəti 4 oyun isə fevralın 19-20-də baş tutacaq.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

12 fevral

24:00. “Roma” (İtaliya) – “Porto” (Portuqaliya) – 2:1

Qollar: Nikolo Zanyolo, 70; 76 – Adrian, 79

Baş hakim: Danni Makkelli (Hollandiya)

24:00. “Mançester Yunayted” (İngiltərə) – PSJ (Fransa) – 0:2

Qollar: Presnel Kimpembe, 53; Kilian Mbappe, 60

Qırmızı vərəqə: Pol Poqba, 89 (“Mançester Yunayted”)

Baş hakim: Daniele Orsato (İtaliya)